Slimfit
  1. CƏMİYYƏT

Paytaxtın marşrut şəbəkəsi genişlənir: Türkiyədən gətiriləcək 115 avtobusdan 10-u artıq Bakıdadır

Paytaxtın marşrut şəbəkəsi genişlənir: Türkiyədən gətiriləcək 115 avtobusdan 10-u artıq Bakıdadır
Sakura

Paytaxtın marşrut şəbəkəsi genişlənir: Türkiyədən gətiriləcək 115 avtobusdan 10-u artıq Bakıdadır

Türkiyədən ölkəmizə gətiriləcək 115 avtobusdan 10-u artıq Bakıdadır. Prezident İlham Əliyevin tapşırığı ilə alınan bu avtobusların gətirilməsində məqsəd ölkənin nəqliyyat şəbəkəsinin yaxşılaşdırılması və sərnişinlərə xidmətin yüksəldilməsindən ibarətdir.

İlkin mərhələdə 10 avtobus gətirilib və ümumilikdə prosesin noyabrın sonunadək yekunlaşdırılması planlaşdırılır. Nəqliyyat vasitələrinin  80-i 12 metrlik, 35–i isə 9 metrlikdir. Ekoloji baxımdan təmiz avtobuslar sıxılmış təbii qazla çalışırlar. Nəqliyyat vasitlərinin orta və iritutumlu olması isə kənd və qəsəbələr istiqamətində sərnişindaşımanın keyfiyyətində dəyişikliyə nail olunmasına imkan verəcək.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, Bakının bəzi kənd və qəsəbələrinin yolları 12 metrlik avtobusların hərəkətinə imkan vermir: “9 metrlik avtobusların gətirilməsi bu narahatlığı aradan qaldırmış olacaq”.

Əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin həm təhlükəsiz, həm də keyfiyyət baxımından dünya standartlarına çatdırılması dövlətin diqqət mərkəzindədir. Belə ki, dövlət başçısının tapşırığı ilə son 5 ildə 603 orta və iritutumlu avtobus alınaraq paytaxtın marşrut şəbəkəsində istismara buraxılıb. Yeni avtobusların alınması ilə kənd və qəsəbələrin birbaşa mərkəzlə əlaqələndirilməsi də mümkün olub. Son illlərdə nəqliyyat şəbəkəsində aparılan islahatlar nəticəsində bir çox daşıyıcının qarşısına tələb qoyulub. Nəticədə hər bir şirkət xidmət keyfiyətinin artırılmasında maraqlıdır. Təbii ki, sərnişinlərin rahatlğı və təhlükəsizliyinin təminində dövlətlə yanaşı, digər qurumlar və özəl şirkətlər də yaxından iştirak etməlidirlər. Dövlət xətti ilə nəqliyyat şəbəkəsində aparılan islahatlar özəl şirkətlər arasında rəqabətlilik yaradır.

Istismar rəisi İbrahim Quliyev bildirir ki, son illər 117 alçaq daban, avtomat karobka avtobus ölkəyə gətirilib: “Bu avtobuslar “Avro- 5” standartlarına uyğun gəlir və avtobuslar dünya ölkələrində də istifadə olunur. Yeni 120 iritutumlu avtobusun gətirilməsi planlaşdırılır ki, onları yaxın vaxtlarda gətirib sərnişinlərin istifadəsinə verəcəyik”.

Mənbə: Aztv.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR