Slimfit
  1. AZƏRBAYCAN

Paytaxtın bu yolunda işıqforların vaxt planlarında dəyişiklik edilib

Paytaxtın bu yolunda işıqforların vaxt planlarında dəyişiklik edilib
Sakura

Paytaxtın bu yolunda işıqforların vaxt planlarında dəyişiklik edilib

Sabunçu-Zabrat yolunda nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir. Bu işlər çərçivəsində vətəndaş müraciətləri nəzərə alınaraq yol boyu işıqforların vaxt planlarında dəyişiklik edilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Dəyişiklik edilən zaman yolda nəqliyyat axını təhlil edilib və əldə edilən nəticələrə əsasən Sabunçu-Zabrat yolundakı işıqforların yaşıl fazasının vaxtı artırılıb. Məqsəd günün pik saatlarında yolda müşahidə edilən sıxlığın aradan qaldırılması, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etməkdir.

Qeyd edək ki, hazırda Sabunçu-Zabrat yolunda piyada təhlükəsizliyinin artırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən kompleks təhlillər aparılır.

Bir qədər əvvəl isə yolun Heydər Əliyev prospekti ilə kəsişməsində sıxlığın aradan qaldırılması və sərnişinlərin təhlükəsizliyinin artırılması məqsədi ilə avtobus dayanacaq məntəqələrinin də yeri dəyişdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR