Slimfit
  1. CƏMİYYƏT

Paytaxtda məktəbli yarmarkaları açıldı

Paytaxtda məktəbli yarmarkaları açıldı
Sakura

Paytaxtda məktəbli yarmarkaları açıldı

 

Yeni tədris ili ərəfəsində Bakıda ənənəvi olaraq məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb. 

Oxu.Az-ın məlumatına görə, yaramarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti  tərəfindən təşkil edilib.

Yarmarka çadırları Bakı metropolitenin "Nərimanov", "Gənclik", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli", "Azadlıq prospekti", "Memar Əcəmi", "İnşaatçılar", "Elmlər Akademiyası", "Nizami" stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə quraşdırılıb.

Yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar təklif olunur. 

Yarmarkanın təşkilində əsas məqsəd valideynlərin az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə əldə etmələrinə kömək etməkdir.  

Yarmarkalar sentyabr ayının sonuna kimi davam edəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR