Dərc edildi: Baxış sayı: 483
Paytaxtda dizel yanacağının istehsalı artıb
lin ilk yeddi ayında Bakıda dizel yanacağının istehsalı 4 faizədək artıb.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-iyul aylarında paytaxtın neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 845,2 milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 1,2 faiz artıb.
Neft məhsullarından yanacaq mazutunun istehsalı 43,1 faiz, avtomobil benzininin istehsalı 4,4 faiz, ağ neftin istehsalı 1,4 faiz azalıb.
Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 15,8 faiz, dizel yanacağı istehsalı 3,9 faiz, sürtkü yağlarının istehsalı 2,4 dəfə, neft bitumunun istehsalı 58,8 faiz, neft koksunun istehsalı isə 18,5 faiz artıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət