Slimfit
  1. İQTİSADİYYAT

Paytaxt sakinləri ərzağa 15,9 milyard xərcləyib

Paytaxt sakinləri ərzağa 15,9 milyard xərcləyib
Sakura

Paytaxt sakinləri ərzağa 15,9 milyard xərcləyib

2018-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,2 faiz artaraq 15966,3 milyon manat olub.
Azvision.az-ın Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 7237,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 8728,8 milyon manata bərabər olub. 

İstehlak məhsullarının 24,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 62,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 30,4 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 17,4 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR