Slimfit
  1. DÜNYA

“Paylaşımlar sübut etdi ki, bu raketi onlar atıb” - Fələstinli səfir

“Paylaşımlar sübut etdi ki, bu raketi onlar atıb” - Fələstinli səfir
Sakura

“Paylaşımlar sübut etdi ki, bu raketi onlar atıb” - Fələstinli səfir

“İsraili, onun siyasətini bilən kəslərə məlumdur ki, o, həqiqəti demir. İsrail rəsmiləri ağ yalan söyləyirlər. İsrail xəstəxananın “İslami Cihad” hərəkatı tərəfindən raketlə vurulduğunu iddia edir. Lakin hadisənin sağ qalmış şahidləri deyirlər ki, onlar xəstəxanaya Fələstin qruplaşmalarından biri tərəfindən atılan raket görməyiblər”.

“Ens.Az” xəbər verir ki, bu sözləri Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim AZƏRTAC-a müsahibəsində deyib. 

“Qeyd edilir ki, onlar raket atmalı olsalar, cəmi bir raket atmazdılar. Partladılmış xəstəxanın ətrafında olan insanlar xüsusilə gecə vaxtı oraya doğru atılan raketlərin şahidi olmayıblar. Raketlər axşam atılıbsa, onlar görünməli idi. Xəstəxana raketlə vurulan zaman İsrailin “Dəmir qübbə” Hava Hücumundan Müdafiə sistemi işə salınmamışdı. Belə ki, Qəzzadan İsrailə tərəf raket atılanda, “Dəmir qübbə” sistemi işə düşür. Şahidlərin sözləri İsrailin versiyasını təkzib edir. Raketin xəstəxanaya düşməsi videosunu görmüş hərbi ekspertlərin fikrincə, bu raketin dağıdıcı və partlayış gücü Fələstin qruplaşmalarının malik olduqları raketlərə uyğun deyil. Fələstin qruplaşmalarının illərdir ki, atdıqları raketlər, hətta hədəfə səhv dəysə belə, ən çox 2 və ya 3 insanın qətlinə səbəb olub. Bu raket isə 500 nəfərdən çox şəxsin ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olub. Bu raketin dağıdıcı gücü böyükdür və belə raket bu qruplaşmalarda yoxdur.

Bizə belə gəlir ki, Qəzzaya quru əməliyyatı üçün bəzi Qərb dövlətlərindən dəstək alan İsrail bu hadisədən sonra baş vermiş fəlakətin miqyasını gördü. Bombalama hadisəsi zamanı İsrail ordusuna bağlı olan X (keçmiş tviter) sosial şəbəkə hesablarında, teleqram kanallarında, feysbuk səhifələrində edilən paylaşımlar sübut etdi ki, bu raketi onlar atıblar. Lakin dağıntıların miqyasını görəndən sonra bu paylaşımları sildilər. Sonra saxta səs yazısı yaydılar. Bu saxta səs yazısı da İsrailin versiyasını sübut etmək üçün yayıldı. Təəssüf ki, ABŞ Prezidenti gəldi və İsrailin versiyasını qəbul etdiyini bildirdi. Bununla da Fələstin xalqını insanlıqdan uzaq göstərməyə, qaralamağa çalışdılar. Oktyabrın 7-də belə xəbərlər yaymağa başladılar ki, HƏMAS uşaqların başlarını kəsir, qadınları zorlayır. ABŞ bu versiyaları qəbul etdi, sonra isə fikrindən geri çəkildi, çünki aydın oldu ki, bunlar feyk xəbərlərdir. Bu xəbərlərlə İsrailə quru əməliyyatlarına başlamaq üçün yaşıl işıq yandırmaq məqsədi güdülürdü. Avadanlıqlar istehsal edən bir Türkiyə şirkətinin ekspertləri xəstəxananın raketlə vurulması videosuna baxıb bildirdilər ki, bu raket Fələstin qruplaşmalarına aid deyil, ola da bilməz. Rusiyalı ekspert də bu fikri dəstəklədi.

Bunlar İsrailin yalanlarıdır və biz buna öyrəşmişik. İsrail həmişə dünyanı çaşdırmaq istəyir, fələstinli öldürüləndə bildirir ki, onun qətlində elə fələstinlilər özləri məsuldur, israillilər deyil”, - deyə səfir qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR