Slimfit
  1. DÜNYA

Paşinyanın məşhur “Kokeyşn Büro”su və tarixi həqiqətlər (SƏNƏD)

Paşinyanın məşhur “Kokeyşn Büro”su və tarixi həqiqətlər (SƏNƏD)
Sakura

Paşinyanın məşhur “Kokeyşn Büro”su və tarixi həqiqətlər (SƏNƏD)

Qafqaz bürosunun (Paşinyanın dediyi “Kokeyşn Büro”) protokolları erməni yalanlarının ifşası üçün ən tutarlı tarixi mənbədir .

Erməni tarixçilərinin guya Qarabağın tarixi erməni torpaqları olması, hətta bir az da irəli gedərək guya 1923-cü ildə Qarabağın indiki Ermənistan SSR-nin tərkibindən alınıb Azərbaycan SSR-yə verilməsi, Azərbaycan SSR-nin tərkibində muxtariyyət hüququ qazanması, Qafqaz Bürosunun, Stalininin Dağlıq Qarabağı Ermənistandan ayırıb, Azərbaycana verməsi ilə bağlı uydurduğu yalanlara Azərbaycan prezidenti İlham Əliyev oktybarın 26-da xalqa müraciətində tutarlı cavab verdi. O, bu faktlarla bağlı həm də bütün dünyaya lazımı ismarış verdi.

Ens.az xəbər verir ki, bunu Trend-ə AMEA-nın Elm Tarixi İnstitutunun Tarixşünaslıq və Mənbəşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov deyib.

O bildirib ki, 1921-ci ilin iyul ayında imzalanmış Qafqaz bürosunun protokolları Qarabağın indiki Ermənistan SSR-nin tərkibindən alınaraq guya Azərbaycan SSR-yə verilməsi ilə bağlı erməni yalanlarını növbəti dəfə ifşa etmək üçün ən tutarlı tarixi mənbədir.

Tarixi mənbələrdəki məlumatlara əsaslanan Z.Əmrahovun sözlərinə görə, aparılan araşdırmalar göstərir ki, 1920-ci ilin aprelin 27-də Azərbaycan Cümhuriyyətini işğal edən bolşeviklər o zamankı Ermənistanın daşnak hökuməti ilə əlaqələrini möhkəmləndirmək, Qafqaza doğru genişlənən bolşevik Rusiyasının Türkiyə ilə sərhədlərində özünə “etibarlı dost” qazanmaq üçün Azərbaycan əraziləri ilə bazarlıq etməyə başlamışdılar. Bir tərəfdən müharibə aparmadan daşnak Ermənistanını razı salmaq, digər tərəfdən Ermənistanın sovetləşdirilməsini tezləşdirmək üçün Azərbaycan ərazilərindən indiki Ermənistana böyük həvəslə ərazilərin verilməsi bolşevik xadimləri üçün ən məqbul yol hesab olunurdu.

Tarixçi qeyd edib ki, bu plan erməni tərəfini də qane edirdi. Bu yolla ermənilər həm də 19-cu əsrin ikinci yarısından başlanmış, Cümhuriyyət dövründə isə açıq müstəviyə qədəm qoymuş Azərbaycana qarşı ərazi iddialarını, Zəngəzur və Qarabağ məsələsini həll etməyə çalışırdılar. Beləliklə, Azərbaycan tərəfi siyasi mübarizə meydanında təklənmiş tərəf kimi qalırdı. Sovet rəhbərlərinin bu planı Moskva müqaviləsindən bir qədər sonra Qars müqaviləsindən isə əvvəl Rusiya Kommunist Bolşeviklər Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun iclaslarında gündəliyə daxil edildi. Cənubi Qafqaz respublikaları arasında “mübahisəli ərazi” məsələlərində Qafqaz Bürosu və onun rəhbərləri hakim rolunda çıxış edirdi. Bununla bağlı olaraq RK (b) P MK Qafqaz Bürosunun 1921-ci il 2 may tarixli (protokol №2) iclasında S.Kirovun sədrliyi altında Cənubi Qafqaz respublikaları arasında daxili sərhədləri dəqiqləşdirmək üçün Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndələrindən ibarət komissiya yaradıldı.

Z.Əmrahov əlavə edib ki, bundan az bir vaxt keçmiş “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dair məsələ üzrə əsas müddəalar” adlı sənəd hazırlandı. Bu sənəd mahiyyətinə görə təkcə Qarabağın dağlıq hissəsinin deyil, Azərbaycanın digər ərazilərinin də qopardılaraq Ermənistana birləşdirilməsi məqsədini güdürdü. Bütün bunları əsas götürən o zamankı Ermənistan hökuməti 1921-ci il 21 may tarixdə heç bir hüquqi əsas olmadan Dağlıq Qarabağ regionunun Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi.

Z.Əmrahov əlavə edib ki, o zamankı Azərbaycan rəhbərliyi Ermənistanın Dağlıq Qarabağ regionuna olan əsassız iddialarına və özbaşına hərəkətlərinə biganə qalmadı. N.Nərimanovun sədrliyi, İslam Hacıbəylinin katibliyi ilə keçirilən Azərbaycan SSR XKS-nin 26 iyun tarixli iclasında Dağlıq Qarabağa dair məsələ müzakirə edildi. Qərara uyğun olaraq, iyunun 27-də N.Nərimanov Azərbaycan SSR XKS adından Q.Orconokidzeyə və A.Myasnikova, Ə.Qarayevə və A.Mravyana teleqram göndərdi. Teleqramda Ermənistan tərəfinin atdığı addım qətiyyətlə pislənir, A.Mravyanın Dağlıq Qarabağda Ermənistanın fövqəladə nümayəndəsi kimi görünməsi taktiki səhv kimi qiymətləndirilir və dərhal geri çağrılması tələb edilirdi. N.Nərimanovun o zamankı gərgin siyasi mübarizəsi Qafqaz Bürosunun sonrakı iclaslarında əsas kimi götürüldü, erməni iddialarının qismən qarşısı alındı. Ermənistanın tədricən mübahisəli əraziyə çevirdiyi Qarabağın taleyi Qafqaz Bürosu plenumunun 1921-ci il iyulun 4-də keçirilən iclasında (protokol №11) beşinci məsələ kimi müzakirə edildi. Müzakirə zamanı iki müxtəlif fikir olduğu üzə çıxdı. Qarabağın Azərbaycanın hüdudlarında saxlanılmasının (verilməsi deyil – Z.Ə.) lehinə N.Nərimanov, F.Maxaradze, A.Nazaretyan, əleyhinə Q.Orconokidze, A.Myasnikov, S.Kirov və Y.Fiqatner səs verdilər. Qafqaz Bürosunun 4 iyul tarixli iclasında (protokol №12) Dağlıq Qarabağ məsələsi yenidən müzakirə edildi və aşağıdakı qərar qəbul edildi:

a)Yuxarı və aşağı Qarabağın iqtisadi əlaqəsini, yuxarı Qarabağın Azərbaycan ilə daimi əlaqələrini və azərbaycanlılarla ermənilər arasında milli sülhün zəruriliyini nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan SSR-nin hüdudlarında saxlanılsın, Dağlıq Qarabağa Şuşa şəhəri inzibati mərkəz olmaqla geniş muxtariyyət verilsin; b) Azərbaycan MK-ya tapşırılsın ki, Muxtar Vilayətin sərhədlərini müəyyənləşdirib, təsdiq üçün RKP MK-nın Qafqaz Bürosuna təqdim etsin; c) Qafqaz Bürosu MK Rəyasət Heyətinə tapşırılsın ki, Muxtar Vilayətin sərhədlərini müəyyənləşdirib, təsdiq üçün RKP MK-nın Qafqaz Bürosuna təqdim etsin; ç) Qafqaz Bürosu MK Rəyasət Heyətinə tapşırılsın ki, Dağlıq Qarabağın fövqəladə komissarının namizədliyi haqqında Ermənistan MK və Azərbaycan MK ilə danışsın; d) Dağlıq Qarabağ vilayətinin hüdudları Azərbaycan MK tərəfindən müəyyən edilsin və Qafqaz Bürosu MK-nın təsdiqinə verilsin (Protokolun surəti əlavə olunur- Əlavə 1).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR