Slimfit
  1. DÜNYA

Paşinyanın mediaya hücumları artıb

Paşinyanın mediaya hücumları artıb
Sakura

Paşinyanın mediaya hücumları artıb

Ermənistanda mediaya qarşı məqsədyönlü hədəflənmiş hücumlar olunur. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Joxovurd” qəzetinə qarşı hərəkətləri pisləyərkən “Media Müdafiəçisi” təşəbbüsü bildirib.

Xatırladaq ki, naməlum şəxslər "Joxovurd" qəzetinin redaksiyasına girib, bütün redaksiyanı alt-üst edib və bu informasiya mediasına qarşı yönəlmiş hücumların həyata keçirildiyinin növbəti və daha bir sübutudur.
Məlumatda qeyd olunur ki, “Ayeli” Mətbuat Klubuna edilən hücumdan sonra “Media Müdafiəçisi” təşəbbüsü və ictimai sektorun bir çox üzvləri səlahiyyətlilərdən günahkarları cəzalandırmasını tələb etsə də, polis uzun müddətdir ki, fəaliyyətsizlik nümayiş etdirir. Həmçinin vurğulanır ki, yaradılmış cəzasızlıq və yolverilmə atmosferinin ən parlaq dəlili də bu dəfə “Joxovurd” qəzetinin redaksiyasına edilən hücumdur. Xüsusilə diqqətə çatdırılır ki. mediya sahəsinə qarşı ittihamlar vaxtaşırı səsləndirilir, qanun layihələri və zorakılıqlarla bağlı çağırışlara cavab verilmir.

“Media Müdafiəçisi” təşəbbüsü bu hadisənin açıqlanmasında ardıcıllıq tələb edir və bu kimi halların geniş yayılmasına qarşı çıxır. Xüsusilə bəyan edir ki, cəzasızlıq və hər hərəkətə yol verilməsi jurnalistlərə qarşı fiziki zorakılığa da yol aça bilər və əgər hakimiyyət, eyni zamanda polis son dərəcə mənfi münasibətlərdən çəkinmək istəyirsə, medianın təhlükəsizliyini və müdafiəsini təmin etməlidir.

Görünür, Paşinyan hakimiyyətinin mediaya qarşı hücumları artıq erməni cəmiyyətini narahat etməyə başlayıb və “Media Müdafiəçisi” təşəbbüsünün bu hərəkətləri pisləməsi bu narahatlığın aydın şəkildə təzahürüdür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR