Dərc edildi: Baxış sayı: 534
Paşinyandan müəmma: Qarabağın həllindəki bu prinsip
Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı Madrid prinsiplərinin heç də bütün parametrləri hələ erməni tərəfi üçün tam şəffaf deyil.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, buna görə Ermənistanın bu prinsipləri qəbul etməsinin və ya rədd etməsinin mümkünsüz olduğunu bildirib:
“Madrid prinsiplərinin heç də bütün parametrləri bizim üçün aydın deyil. Onu danışıqların əsas sənədi kimi qəbul edib-etməməyimizi demək çox çətindir. Madrid prinsipləri konfliktin həlli yolu prinsipləridir. İndi biz anlamaq istəyirik ki, bu yol bizi potensial olaraq hara gətirib çıxara bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət