Slimfit
  1. DÜNYA

Paşinyandan Azərbaycanla bağlı inanılmaz sözlər: 2020-ci ildə...

Paşinyandan Azərbaycanla bağlı inanılmaz sözlər: 2020-ci ildə...
Sakura

Paşinyandan Azərbaycanla bağlı inanılmaz sözlər: 2020-ci ildə...

Ermənistan İqtisadi İnkişaf Təşəbbüsləri (EİİT) Mərkəzi Beynəlxalq Valyuta Fondunun (BVF) 2019-cu ildə ölkələr üzrə adambaşına düşən Ümumi Daxili

Teleqraf.com-a istinadla xəbər verir ki, mərkəzin açıqlamasında BVF-nin hesabatı ilə erməni baş nazirin iddiasının üst-üstə düşəmədiyi bildirilib.

Məlumatda qeyd edilib ki, son bir ildə Ermənistanda adambaşına düşən ÜDM-in ABŞ dollarına nisbətdə artımı müşahidə edilsə də, bu, ölkədə yaşayış səviyyəsinə təsir etməyib.

Bu arada, Beynəlxalq Valyuta Fondunun hesabatlarında Ermənistanın adambaşına düşən ÜDM-nin dollarla müqayisədə Azərbaycandan aşağı səviyyədə olduğu qeyd olunur. BVF-nin məlumatına görə, 2019-cu ildə Ermənistanda adambaşına düşən ÜDM dollara nisbətdə 4530 dollar, Azərbaycanda 4.690 dollar, Gürcüstanda isə 4.290 dollar təşkil edib.

EİİT-in açıqlamasında vurğulanıb ki, Ermənistanda adambaşına düşən ÜDM-in alıcılıq qabiliyyəti pariteti (PPP) isə 11.083 təşkil edib. Bu göstərici ilə respublika qonşuları - Gürcüstan (12227) və Azərbaycandan (18.615) geridə qalır.

Mərkəzin ekspertləri xatırladır ki, Baş nazir Nikol Paşinyan ötən ilin əvvəlində Ermənistan adambaşına düşən ÜDM-in həcminə görə 2019-cu ildə Gürcüstan və Azərbaycanı qabaqlayacağını bildirmişdi: “BVF-nin rəsmi saytında dərc olunan hesabat isə bunu təkzib edir”.

Ermənistan baş naziri BVF-nin hesabatı təqdim etməsindən sonra verdiyi açıqlamada da həmin – baş tutmayan iddiasını yenə təkrar edib: “2019-cu ilin sonunda Gürcüstanı keçdik, 2020-ci ildə Cənubi Qafqazın aparıcı iqtisadi ölkəsi olan Azərbaycanın da önünə keçəcəyik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR