Slimfit
  1. DÜNYA

Paşinyan Yeni il mahnısı yazmağı tapşırdı, tənqid olundu

Paşinyan Yeni il mahnısı yazmağı tapşırdı, tənqid olundu
Sakura

Paşinyan Yeni il mahnısı yazmağı tapşırdı, tənqid olundu

Ermənistanda Baş Nazir Nikol Paşinyanın Yeni il tədbirlərinin təmtəraqla keçirilməsi barədə verdiyi qərar ölkədə narazılığa səbəb olub.

Qafqazinfo”nun “sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, erməni hökumətinin rəhbəri Yerevanda Yeni il tədbirlərinin təşkili üçün büdcədən 270 milyon dram (562 min dollar) ayırıb. Bu isə Ermənistan KİV və sosial şəbəkələrdə tənqid hədəfi olub. 

Paşinyan külli miqdarda pulun ayrılmasını Yeni ili xaricdə keçirən erməniləri ölkəyə cəlb etmək məqsədi ilə əsaslandırıb.

“Yeni il mahnısı yazmağı tapşırdım və həmin mahnı “Jingle bells” kimi populyarlaşana qədər bu proses davam edəcək. Mənə dedilər ki, artıq bir yeni il mahnısı bəstələnib” deyən Baş Nazirin tədbirlər planı çərçivəsində verdiyi bu tapşırıq da birmənalı qarşılanmayıb. Onun ölkə üçün önəmli tədbirləri görməkdənsə, vaxtını bu cür işlərə sərf etməyi qəbuledilməz hal kimi dəyərləndirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR