Slimfit
  1. DÜNYA

Paşinyan yenə Moskvaya gedir

Paşinyan yenə Moskvaya gedir
Sakura

Paşinyan yenə Moskvaya gedir

İyunun 7-9-da Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Mixail Mişustinlə danışıqlar aparacaq. 

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov deyib.

"İyunun 7-9-da Mişustin Paşinyanı qəbul edəcək. Ola bilsin ki, burada nəsə baş verə bilər, bilmirəm", - o bildirib.

Paltov əlavə edib ki, regionda kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı sənəd artıq hazırdır, bəzi texniki məsələlər qalıb:

"Lakin hələ ki, tərəflər son addımı ata bilmir. Ümid edirəm ki, bir həftədən sonra bütün bunlar bir növ praktik müstəviyə çevriləcək və ola bilsin ki, liderlər yenidən bir araya gəlməli olacaq".

Ermənistan baş nazirinin mayın 25-də Moskvada Rusiya prezidenti ilə görüşünə toxunan Paltov şəxsən iştirak etdiyi söhbətin konstruktiv keçdiyini qeyd edib.

Onun sözlərinə görə, Paşinyan və Putin 2 saatdan çox danışıblar.

Qeyd edək ki, 7-9 iyun tarixlərində Avrasiya Hökumətlərarası Şurasının, MDB Hökumət Başçıları Şurasının, eləcə də Avrasiya Konqresinin növbəti iclası keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR