Sasun Mikaelyanın Qarabağ haqqında dedikləri Nikol Paşinyanın yerinə yetirdiyi siyasi proqramın əsl…
Sasun Mikaelyanın Qarabağ haqqında dedikləri Nikol Paşinyanın yerinə yetirdiyi siyasi proqramın əsl üzüdür.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan deyib.
“Sasun Mikaelyan Nikol Paşinyanın icra etdiyi proqramı dilə gətirdi. Yəni hakimiyyət qarşılığında Qarabağ... Sasun Mikaelyan indiki hakimiyyətin siyasətini dilə gətirdi. Bu rejimdən tez bir zamanda xilas olmaq lazımdır. Onlar Qarabağa Azərbaycandan daha böyük təhdiddirlər. Paşinyan çalışacaq ki, Qarabağda güzəştlər qarşılığında xarici legitimlik qazansın. Buna görə orduya məqsədyönlü hücumlar edilir. Zabitlərin həbsi, hərbçilərə qarşı çoxsaylı cinayət işləri ordunu qaralamaqdan ötrüdür”, – deyə o bildirib.
O, yeni seçkinin yaxşı heç nə ilə nəticələnməyəcəyini deyib:
“Ermənistandakı seçkinin nəticəsi daxili siyasi stabilliyi bərpa etməyəcək. Ən yaxşı halda seçkinin nəticələri müvəqqəti siyasi mozaika yaradacaq. İki-üç ay sonra tamam başqa görüntü olacaq”.
Qeyd edək ki, Paşinyanın rəhbəri olduğu Mənim Addımım Blokunun nüfuzlu üzvü Sasun Mikaelyan aprel inqilabının Qarabağ müharibəsindəki qələbədən yüksək olduğunu iddia edib. Bundan sonra onun blokuna qarşı hücumlar güclənib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət