Slimfit
  1. SİYASƏT

Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi

Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi
Sakura
:0

Paşinyan deputatları ilə Qarabağı müzakirə etdi

Ermənistan Baş naziri Nikol Paşinyan bir müddət öncə Mənim Addımım Blokunun deputatları ilə görüşüb.

Axar.az xəbər verir ki, bu məlumatı “Joxovurd” öz mənbələrinə istinadən yayıb. Görüş noyabrın 5-də qapalı rejimdə baş tutub.

Məlumata görə, görüşdə əsas müzakirə mövzusu Ermənistanla qondarma Qarabağ rejimi münasibətləri, cəbhənin təmas xəttindəki vəziyyət olub. Deputatlar Paşinyandan həmçinin Vitali Balasanyanın son bəyanatları barədə də soruşublar.

Paşinyan deputatlara cavabında Ermənistanla “Qarabağ arasında” heç bir gərginliyin olmadığını, cəbhədə vəziyyətin sakit olduğunu deyib. O, həmçinin, Ermənistanın 2020-ci ildə qondarma rejimdəki seçkiyə qarışmayacağını söyləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR