Dərc edildi: Baxış sayı: 732
Paşinyan Dağlıq Qarabağa gəldi: Qondarma rejimlə birgə iclas
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
Bu barədə qondarma “Dağlıq Qarabağ Respublikası” rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində qondarma rejimin rəhbəri Bako Saakyanla Ermənistan və qondarma rejimin Təhlükəsizlik Şuralarının birgə iclasında iştirak edib.
İclasda beynəlxalq siyasi proseslər, Silahlı Qüvvələrin gücləndirilməsi məsələləri müzakirə edilib.
Qeyd edək ki, Ermənistanda 2018-ci ilin martında baş vermiş hakimiyyət dəyişikliyindən sonra artıq üçüncü dəfədir ki, Ermənistan və qondarma rejimin Təhlükəsizlik Şuralarının birgə iclası keçirilir.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət