Slimfit
  1. GÜNDƏM

Paşinyan adamlarını Moskvaya göndərdi

Paşinyan adamlarını Moskvaya göndərdi
Sakura

Paşinyan adamlarını Moskvaya göndərdi

Dünən səhər Ermənistanın hakim “Mənim Addımım” partiyasının deputatları - parlament sədrinin müavini Alen Simonyan və Dövlət və Hüquqi məsələlər Komitəsinin Vladimir Vardanyan təcili Moskvaya səfərə gediblər.

Ens.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Bu məlumatı nəşrə “Mənim Addımım” fraksiyasının deputatları təsdiqləyib.

Qəzetin parlamentdəki mənbələri, erməni deputatların Moskva səfərinin məqsədinin rus həmkarları ilə dialoq aparmaq olduğunu söyləyiblər:

“Moskvadakı əhval-ruhiyyəni öyrənmək və mümkünsə, dəstək də istəmək istədiklərini deyiblər. Lakin məlum olur ki, deputatların səfəri rəsmi deyil, özəldir”.

Parlament aparatı rəhbərinin müavini Lilit Minasyan isə sözügedən deputatların Ermənistanda olduğunu, heç bir yerə getmədiyini bildirib.

Əlavə edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın bundan əvvəl Moskvadan dəstək istəyi dəfələrlə rədd edilib. Bu dəfə öz partiyasının deputatlarını Rusiyanın paytaxtına göndərmək isə məğlub ölkənin baş nazirinin suda boğulan adamın saman çöpündən tutmaq istəyinə bənzəyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR