Slimfit
  1. CƏMİYYƏT

Paşayeva sakinlərin şikayətlərini dinlədi

Paşayeva sakinlərin şikayətlərini dinlədi
Sakura

Paşayeva sakinlərin şikayətlərini dinlədi

Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Axar.az xəbər verir ki, millət vəkili görüş zamanı Qovlar şəhər sakinlərini narahat edən problemlərlə bağlı qeydlər apararaq həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

Q.Paşayeva sakinlərin bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib.

Millət vəkili sakinləri narahat edən bir sıra digər məsələləri rayonda həll edib.

Q.Paşayeva həmçinin fiziki imkanları məhdud insanları, xəstələri də ziyarət edib, qayğıları ilə maraqlanıb. Sakinlərlə görüşdə bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı söhbətlər, müzakirələr aparılıb.

Millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə, o cümlədən Tovuzda aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsindən, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb.

Görüşün sonunda sakinləri maraqlandıran bir sıra suallar cavablandırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR