Slimfit
  1. CƏMİYYƏT

Paşayeva ilə Almatı şəhər Məclisində görüş keçirildi

Paşayeva ilə Almatı şəhər Məclisində görüş keçirildi
Sakura

Paşayeva ilə Almatı şəhər Məclisində görüş keçirildi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva ilə Qazaxıstan Respublikasının Almatı şəhər Məclisində görüş keçirilib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki görüşdə qardaş ölkələrimiz, o cümlədən şəhərlərimiz arasında mədəni əməkdaşlığın, ümumən bütün əməli fəaliyyət sahələri üzrə əlaqələrin mövcud durumu, hər bir Azərbaycan və Qazaxıstan aydınının üzərinə düşən mənəvi məsuliyyətdən söz açılıb.

Q.Paşayeva Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 100 illik əlamətdar yubileyi, “Qardaş ölkəm Qazaxıstan” kitabının təqdimatı və digər əlamətdar səbəblərlə səfərdə olduğu Almatıda ona və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə şəhər rəhbərliyinə təşəkkürünü çatdırıb. Qazaxıstanın ən böyük şəhəri ilə Azərbaycan şəhərlərinin, o cümlədən Nizami yurdu Gəncənin əməkdaşlığının inkişaf etdirilməsinin bütün parametrlər üzrə yararlı olacağına inam ifadə edib.

Q.Paşayeva Almatı şəhər Məclisi rəhbərliyinə Qarabağ motivli xatirə hədiyyəsi, müəllifi olduğu “Qardaş ölkəm Qazaxıstan” və həmmüəllifi oldğu – qazaxca gün üzü görmüş kitabları hədiyyə edib.

Qarşılıqlı hədiyyə bağışından sonra xatirə şəkli çəkilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR