Slimfit
  1. DÜNYA

Parislilər maşından düşüb, skulterə minir

Parislilər maşından düşüb, skulterə minir
Sakura

Parisdə sıxlıq, tıxaclar, parklama qiymətlərinin çox baha olması səbəbindən nəqliyyat vasitəsi kimi…

Parisdə sıxlıq, tıxaclar, parklama qiymətlərinin çox baha olması səbəbindən nəqliyyat vasitəsi kimi skulterdən istifadə edənlərin sayı artıb.

Axar.az xəbər verir ki, bu barədə xarici ölkələrdən maraqlı sujetlər hazırlayan teleaparıcı, jurnalist Mir Səməd Parislə bağlı Feysbuk hesabında paylaşdığı statusda bildirib.

Mir Səməd bildirib ki, Parisdə lüks avtomobillər çoxdur və sıxlıq, tıxaclar parklanma qiymətlərini yüksəldib. Bu səbəbdən də əhali avtomobil əvəzinə fərqli nəqliyyat vasitələrindən istifadəyə üstünlük verir:

“Beş dəqiqənin içində maşını evakuatorla apardılar. Burda hər cür nəqliyyat vasitəsi var, motosikl, moped, velosiped, indi də skulter.

Parisdə velosiped kirayəsi artıq o qədər də dəbdə deyil, yerini kirayə elektrik skulterlər tutur. Bu səbəbdən artıq bir neçə şirkət skulterlərin kirayəsi işinə başlayıb”.

Jurnalistin sözlərinə görə, skulter kirayələyən şəxs istədiyi ünvana çatdıqdan sonra kirayələdiyi nəqliyyat vasitəsini istədiyi yerdə atıb gedə bilər:

“Telefondakı proqramla qoşulursan, qiyməti elə də baha deyil, ödədin, kod gəlir, skulter qıfıldan açılır. Daha sonra sür hara istəyirsən, harda kefin istəsə, saxla, at get!

Deməyin ki, oğurlayarlar, kodsuz bir az sürəndən sonra skulter qulaq batıran səs çıxarmağa başlayır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR