Slimfit
  1. TARİX

Parisin əzəmətli "xanımı" - Milyonlarla insanın xatirəsini külə çevirən "Ağıl Məbədi"nin sirli tarixi

Parisin əzəmətli "xanımı" - Milyonlarla insanın xatirəsini külə çevirən "Ağıl Məbədi"nin sirli tarixi
Sakura

Parisin əzəmətli "xanımı" - Milyonlarla insanın xatirəsini külə çevirən "Ağıl Məbədi"nin sirli tarixi

850 illik bir tarixi qoruyub saxlamaq, yaşatmaq, əzəmətini mühafizə etmək necə də çətin, məşəqqətli və məsuliyyətli bir işdir. Lakin həmin tarixin cəmi 8,5 saata yanıb kül olması bir o qədər asan, çarəsiz və ucuz başagələndir.

Ötən gün Fransa tarixinin ən əzəmətli simvollarından biri olan Paris Notr-Dam kilsəsi yandı... Amma bu, sadəcə bir binanın yanması deyil, bir mədəniyyətin məhvi, milyonlarla insanın əməyinin, arzusunun və xatirələrinin kül olması idi.

Publika.az xəbər verir ki, bu yanğınla diqqətləri üzərinə çəkən Notr-Dam tarixin müxtəlif zamanlarında müxtəlif hadisələrə şahidlik və ev sahibliyi edib.

Parisin simvollarından biri olan Notr-Dam kilsəsinin təməli Papa III Aleksandr tərəfindən iki kilsənin xarabalığının katedrala çevrilməsi qərarı alındıqdan sonra qoyulub.

Sena çayının sahilindəki Ille de la Cite adasında yerləşən və Məryəm Anaya ithafla Notr-Dam (fransızca - Bizim Xanım – red.) adlandırılan kilsə naxışlı pəncərələri, heykəlləri və memarlığı ilə ən çox turist qəbul edən məkanlardan birinə çevrilməyi bacarmışdı. Burada “Məryəm Ana” heykəli ilə yanaşı, “Gül pəncərələr”, müxtəlif sənət əsərləri, nəhəng zənglər, qalıntılar və Orta Əsrlərdən qalma mebellər vardı.

Bina, həmçinin, Paris Baş Yepiskopluğuna da ev sahibliyi edir.

Hər il, təxminən, 13 milyon insanın ziyarət etdiyi bu kilsənin memarlıq üslubu qotikdir.

1163-cü ildə katedralın təməl daşı qoyulur və inşasına başlanılır. Birinci mərhələdə kilsə xorunun dayandığı yer, kilsə binasının digər yerlərindən yüksəkdə olan, uzun və dar orta bölgəsi, xaç şəklindəki kilsənin yan qolları, ana qapı, ön cəbhə və iki qüllənin inşası aparılır. Bu proses 1250-ci ildə tamamlanır.

İkinci mərhələdə isə yan qollara doğru genişlənən hissə inşa edilir. Bu proses 1250-1345-ci illər arasında aparılır.

Katedralin inşasının böyük bir qisminin tamamlanması 1730-cu ilə qədər gəlib çıxır.

1843-1864-cü illər arasında Viollet Le Duc və Lassus adlı məşhur memarlar kilsədə bərpa işləri aparır.

5500 kv/m sahəni əhatə edən katedralda 75 sütun və dirək var. Taxta qisimləri 21 hektar meşə ağacından düzəldilib. Şimal qüllələrinin hündürlüyü 69, qüllələr xarc olmaqla, ön cəbhələrin hündürlüyü 45 metrdir. Üfüqi uzunluğu isə 128 m təşkil edir.

Cənub qülləsində ən uc nöqtə isə 96 metrdir.

Fransa inqilabının ilk dövrlərdində katedral ciddi zərər görüb. Etirazçılar katolikliyi fransız toplumundan silmək üçün kralların heykəllərini yox edib, qüllənin uc qismi dağıdılıb və katedrala “Ağıl məbədi” adı verilib.

1831-ci ildə əfsanəvi yazıçı Viktor Hüqo “Paris Notr-Dam kilsəsi” əsəriniqələmə alır. Məhz bu əsərdən sonra kilsə dini məbəd kimi tanınmaqdan çıxır və əfsanəvi ədəbi və mədəni simvola çevrilir.

Zümrüd

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR