Dərc edildi: Baxış sayı: 522
Parisdəki mərkəzi meydanlarından birinə Şahzadə Diananın adı verilir
Fransanın paytaxtı Paris şəhərinin mərkəzi meydanlarından biri Şahzadə Diananın adını daşıyacaq.
"Report"un Fransa bürosu xəbər verir ki, bu barədə Paris meriyası məlumat yayıb.
Belə ki, 1997-ci il avqustun 31-də şahzadənin ölümü ilə nəticələnən yol qəzasının baş verdiyi Alma körpüsünün altındakı tunelin üstündəki meydan Diananın adını daşıyacaq.
Qərar bu il iyunun 11-14-də Paris Şəhər Şurasında səsə qoyulacaq.
Qeyd edək ki, həmin meydanda ölümündən sonra Şahzadə Diananın xatirəsinə abidə ucaldılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət