Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə başlayıb

Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə başlayıb
Sakura

Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə başlayıb

 Paris şəhərində uşaqlar Azərbaycan məktəbində yeni tədris ilinə başlayıblar.

"Report"un Qərbi Avropa bürosu məlumat verir ki, Fransadakı Azərbaycan səfirliyinin dəstəyi, Paris Azərbaycan Evinin təşkilatçılığı ilə fəaliyyət göstərən məktəbdə Paris və ətraf ərazilərdə yaşayan 5-12 yaşlı uşaqlar təhsil alırlar.

Şagirdlərə Azərbaycan dili ilə yanaşı, tariximiz, coğrafiyamız, ədəbiyyatımız tədris edilir, zəngin milli irsimiz aşılanır, tarixi qəhrəmanlarımız, şəhidlərimiz, dünya ədəbi irsində öz dəst-xətti olan mütəfəkkirlərimiz haqqında məlumat verilir.

Yeni tədris ilinin birinci günü şagirdlərə dərsliklər paylanılıb, yeni tədris ilinin proqramı açıqlanıb. Ötən illərdəki kimi builki tədris proqramında da milli bayram şənlikləri, Azərbaycan musiqisinə həsr olunmuş proqramlar, teatr səhnəciklərinin təşkili yer alıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR