Slimfit
  1. MARAQLI

Paris kinoteatrı pandemiyaya görə filmləri qonşu binanın divarında proeksiya edir

Paris kinoteatrı pandemiyaya görə filmləri qonşu binanın divarında proeksiya edir
Sakura

Paris kinoteatrı pandemiyaya görə zalını bağlayıb. Filmləri qonşu binanın divarında proeksiya edirlər

Ens.az saytı bildirir ki, baxılacaq filmlərin siyahısı qonşularla birlikdə seçilir.

Paris kinoteatrı La Clef, koronavirus pandemiyası fonunda öz zalında film nümayişini dayandırıb və bunun əvəzinə onları qonşu binanın divarında yayımlayır və tamaşaçılar filmləri mənzillərindəki eyvanlardan seyr edirlər.

Təşəbbüsün müəllifi Derek Volfenden bildirib ki, onların zalı Covid-19 səbəbindən bağlı qalmalıdır, çünki şəhər sakinləri evlərini yalnız dükan, aptek və ya idman üçün tərk edə bilərlər.

Öz-özümüzə dedik: "Artıq kinoteatrın içərisində filmləri göstərə bilmiriksə, gəlin divarları aşaq və onları kənarda göstərək."

Biz hiss etdik ki, bu rayonda insanlar hansısa tədbir keçirmək istəyirlər, nəsə bir xoş hadisənin olmasını arzu edirlər, çünki heç nə baş vermirdi - küçələr boş, çox kədərli idi.

La Clef komandası tamaşaçılarla birlikdə film seçir. 24 apreldə kinoteatrda baş rolda Kirk Duqlasın çəkildiyi "Ulduzu olmayan insan" (1955), 18 apreldə- Robert Miç və Şelli Uintersin çəkildiyi "Ovçu gecəsi" (1955) filmi nümayiş olunub.

Mənzilinin eyvanından film izləyən Kristina Davenye bildirib ki, bu format "bizi filmləri birlikdə izlədiyimiz vaxtlara qaytarır".

La Clef, əsasən müstəqil, müəllif kinosu və eyni zamanda ekranlardan kənarda qalmış filmləri göstərir.

2018-ci ilin aprelində kinoteatr bağlandı və sahibi onu satmaq istədi. Bununla belə, 2019-cu ilin sentyabrında Volfendenin başçılıq etdiyi müstəqil rejissorların təşəbbüs qrupu, kinematoqrafiya birliklərinin dəstəyi ilə La Clef-i yenidən açdı və satışla əlaqədar qərar çıxana qədər orada çalışmağa davam edir.

 

Mənbə: tjournal.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR