Slimfit
  1. DÜNYA

Paris aeroportunda ixtisarlar planlaşdırılır

Paris aeroportunda ixtisarlar planlaşdırılır
Sakura

Paris aeroportunda ixtisarlar planlaşdırılır

COVID-19 pandemiyasının ciddi təsirinə məruz qalan Paris aeroport qrupu 700 iş yerini ixtisar etməyi planlaşdırır.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, layihə aeroport öz fəaliyyətini bərpa edənədək işçilərin könüllü şəkildə ixtisar edilməsini ehtiva edir.

Aeroportun həmkarlar ittifaqı ilə aparılan danışıqlar zamanı könüllü gediş tədbirlərini ehtiva edən kollektiv müqavilənin ləğvi layihəsi təqdim edilib.

Bildirilib ki, Paris aeroportunda ləğv olunan 1400 iş yerindən 700-ü bərpa edilməyəcək. Uzun müddətdir həmkarlarla danışıqların əsas məqsədi ixtisarların 6300 işçisi olan Paris aeroportunun iqtisadi və sosial modelinə uyğunlaşdırılması olub.

Aeroport işçilərinin müstəqil həmkarlar təşkilatı (SAPAP) isə əmək haqqının endirilməsi və iş saatının artırılması ilə ildə 59.3 milyon avro qənaəti hədəfləyən kollektiv icra müqaviləsinin son dərəcə kəskin tədbir olduğunu qeyd edib. Bu tədbirlərin görülməsində çox şəffaf və ədalətli danışıqlar aparılması üçün daha dərin təhlilə ehtiyac olduğunu və rəhbərliyin bu böhran fürsətindən istifadə etməsinə icazə verməyəcəyini diqqətə çatdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR