Dərc edildi: Baxış sayı: 972
Paris-2024: Hidayət Heydərov Fransa idmançısına qalib gələrək Olimpiya çempionu oldu
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb.
Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbula (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovadan (Kosovo) güclü olub.
Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət