Dərc edildi: Baxış sayı: 309
Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün
Bu gün Azərbaycanın üç idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,ölkəmizi boks yarışlarında təmsil edən Alfonso Dominqes (92 kq) 1/8 finalda kubalı 2 qat Olimpiya çempionu Xulio Sezar la Kruzla qarşılaşıb və qələbə qazanıb.
1/4 finala vəsiqə əldə edən 29 yaşlı idmançı növbəti görüşünü qazaxıstanlı Aybek Oralbaya qarşı keçirəcək.
Cüdo yarışları isə Azərbaycanın tatami ustaları üçün uğurlu alınmayıb. Yaşar Nəcəfov (66 kq) və Gültac Məmmədəliyeva (52 kq) ilk mərhələdə rəqiblərinə uduzmaqla turnirlə vidalaşıb.
Qeyd edək ki, Azərbaycan Paris-2024-də sabah daha altı idman növündə təmsil olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət