Slimfit
  1. DÜNYA

Paraşütlə tullanan 10 yaşlı qız rekorda imza atdı

Paraşütlə tullanan 10 yaşlı qız rekorda imza atdı
Sakura

Paraşütlə tullanan 10 yaşlı qız rekorda imza atdı

Rusiyanın Yekaterinburq şəhər sakini Karolina Çörnıx paraşütlə tullanan ən gənc ekstremalçı kimi Rusiyanın Rekordlar Kitabına düşüb. “Qafqazinfo”nun “Life.ru” saytına istinadən məlumatına görə, 10 yaşlı qız təlimatçı ilə bərabər 2,5 min metr hündürlükdən tullanıb.

“Mənə ümumiyyətlə qorxulu deyildi! Üçə qədər sayıb tullanmaq lazım idi, amma biz artıq “iki” deyəndə tullandıq! Mən hətta gülürdüm, bizi kamera çəkirdi. İndi 4000 metrdən tullanmaq istəyirəm”, - deyə gənc rekordçu bildirib.

Qızın anası Yelenanın sözlərinə görə, paraşütlə tullanma Karolinanın arzusu idi. Ana qeyd edib ki, qızı indi Elbrus zirvəsini (5642 m) fəth etmək istəyir və artıq məşqlərə başlayıb.  

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR