Slimfit
  1. DÜNYA

Papazyan erməni tarixini darmadağın etdi - Faktlar

Papazyan erməni tarixini darmadağın etdi - Faktlar
Sakura

Papazyan erməni tarixini darmadağın etdi - Faktlar

Son günlər tez-tez mətbuatda və elmi ədəbiyyatda guya nüfuzlu islam şəxsiyyətləri, o cümlədən xəlifələr, imamlar, müsəlman hökmdarlar və hətta Məhəmməd peyğəmbər tərəfindən erməni kilsə və icmalarına verilmiş təltif sənədləri barədə danışılır. Ancaq hələ heç vaxt bu sənədlərin orijinallarını görən olmayıb.

Axar.az Qafqaz Tarixi Mərkəzi ilə birlikdə erməni ruhanilərin Osmanlı Türkiyəsi və Azərbaycan Səfəvi İmperiyasında ərəb-müsəlman qaynaqlarının sənədlərini saxtalaşdırması və oğurlamasına dair faktları diqqətinizə çatdırır.

Erməni kilsəsi dəyişən siyasi şəraitdə batmamaq üçün istənilən hiylə və saxtakarlığa əl atırdı.

İndi isə gəlin 1950-60-cı illərdə professor A.D.Papazyan tərəfindən Osmanlı dövrünə dair erməni katolikosların arxivlərindən aşkar edilmiş bir sıra saxtalaşdırılmış sənədlərə nəzər salaq. Bunlar arasında guya şəxsən Məhəmməd peyğəmbər tərəfindən erməni katolikoslara verilmiş XVI əsrin uydurma məktubları diqqət çəkir.

Bu “məktublar” Eçmiədzinə kilsə köçərkən erməni rahiblər tərəfindən Türkiyənin Ağdamar monastırından gətirilib. Bu saxta sənədlərin bəzi nüsxələri Papazyan tərəfindən Matenadaran arxivlərindəki kilsə sənədləri arasında aşkarlanıb.

Papazyan guya Məhəmməd peyğəmbərin adından yazılmış məktublar barədə qeyd edib: “Sənədin mətni təhrif edilib və bir çox qrammatik və orfoqrafik səhvlərlə yazılıb”.

 

Erməni alimin sözlərinə görə, eyni sənədin Matenadaranda saxlanılan başqa bir nüsxəsi də eyni savadsız və dəyişkən əlyazma ilə yazılıb.

“Bu sənədlərin yüzlərlə nüsxələri XVI əsrdə Ermənistanda və Osmanlı imperiyasının digər sıx məskunlaşmış erməni mərkəzlərində yayılıb”, - alim bildirib.

Görünür, ermənilər guya peyğəmbər tərəfindən Sinay monastırına verildiyi iddia edilən sənədə Osmanlı hökmdarlarının nə dərəcədə hörmət etdiyini bilib. Erməni keşişləri sənəddən Osmanlı və Səfəvi idarəçilərindən imtiyaz və himayə almaq üçün peyğəmbərin adından özləri üçün "təhlükəsizlik şəhadətnaməsi" hazırlamaq qərarı veriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR