Slimfit
  1. DÜNYA

Pandemiyadan qazanclı çıxmış ölkənin adı açıqlandı

Pandemiyadan qazanclı çıxmış ölkənin adı açıqlandı
Sakura

Pandemiyadan qazanclı çıxmış ölkənin adı açıqlandı

Almaniyanın iqtisadiyyatı pandemiyadan sonra inkişaf edəcək. Öz güclü tərəflərini göstərən ölkə Çindən və ABŞ-dan fərqli olaraq, koronavirusdan faydalana biləcək.

Bu barədə “The New York Times” xəbər yayıb.

Nəşrin məlumatına görə, ABŞ və Çin həddən artıq borca giriblər, Almaniyanın isə borcu azdır. Mütəxəssislər dünya ticarətində geriləmə fonunda yaxşı ticarət nüfuzunu Almaniya ixracatının müdafiəsi adlandırıblar. Almaniyada çalışanların əksəriyyəti iş yerlərini və əmək haqlarını yarıməşğulluq sistemi sayəsində qoruyublar: şirkətlər iş yerlərini yarım iş günü saxlamaq müqabilində ödənişlər alırlar.

Almaniya böhrana büdcə profisiti ilə girib, hökumət ailələrə birbaşa ödənişlər edə bilib, vergiləri azaldıb, biznesə kredit ayrılıb, yardımların ümumi miqdarı ÜDM-nin 55 faizini təşkil edib.

Ölkə qonşu Avropa dövlətlərinə maliyyə yardımı göstərməyə də razılıq verib.

Qəzet iddia edir ki, bir çox ölkələrdən fərqli olaraq, Almaniya bütün böhran hadisələrini dəf etməyə qadirdir.

Pandemiyanın təsiri ilə əlaqədar ölkədəki ÜDM-nin 2020-ci ildə 6,3 faiz azalacağı gözlənilir. Birinci rübdə iqtisadiyyat 2019-cu ilin son üç ayı ilə müqayisədə 2,2 faiz aşağı düşüb.

Mütəxəssislər qeyd edirlər ki, alman mallarına tələbatın artım tempi bu məsələdə həlledici olacaq.

 

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR