Slimfit
  1. TEXNOLOGİYA

Pandemiya zamanı robotlar fabriklərdəki işçiləri əvəz etdi

Pandemiya zamanı robotlar fabriklərdəki işçiləri əvəz etdi
Sakura

Robotlar daha bir peşəni əlimizdən alırlar ?

 Smartfonlar, avtomobillər və digər avadanlıqlar istehsalında hər detalın öz yerində olması vacibdir. Konstruksiyanın kim tərəfindən quraşdırılmasının əhəmiyyəti yoxdur - həm insanlar, həm də sənaye robotları səhv edə bilərlər.  Buna görə hər bir zavodda bütün istehsal proseslərini idarə edən və problemləri tez aşkarlayan bir adam və ya hətta bir qrup insan olmalıdır.  Bir qayda olaraq, bu cür mütəxəssislər fabriklərə digər bölgələrdən gəlirlər, lakin koronavirus pandemiyası zamanı başqa şəhərlərə gedə bilmirlər - bir çox sərhədlər bağlıdır və bu  həqiqətən çox risklidir.  Onların yerinə,  cihazın hər bir hissəsinin necə göründüyünü və harada yerləşməli olduğunu dəqiq bilən xüsusi robotlar işləyir. Yığıcı robotlar və ya sadə işçilər səhv edirlərsə, robot nəzarətçiləri həyəcan siqnalı çalır. Deyəsən bu sxem çox yaxşı işləyir - robotlar daha bir peşəni əlimizdən  alırlar ?

 Qüsurlu hissələr

 Wired nəşrinin jurnalistləri , texnologiya istehsalçılarının məhsulların keyfiyyətini yoxlamaq üçün robotlardan necə istifadə etdiyini  izah ediblər.  Bu gün bir çox smartfon əksər hallarda nəmişdən  yaxşı qorunur və bunun üçün İngilis şirkəti olan  P2i- ə  təşəkkür edilməlidir. Məhz o,  elektronika üçün su itələyici örtüklər istehsal edir və onun əməkdaşları müstəqil olaraq istehsalçıların fabriklərinə gedərək nəmdən qorunma texnologiyasının tətbiqini izləyirlər.  Lakin, koronavirus pandemiyası zamanı şirkət işçilərini ezamiyyətə göndərməkdən imtina etməli oldu. İndi bu sahədə insanların əvəzinə keyfiyyətə nəzarət süni intellekt kameraları sistemi tərəfindən idarə olunur.

Müxtəlif ölkələrin tədqiqatçıları uzun müddətdir ki, istehsaldakı səhvləri müstəqil aşkarlaya biləcək və insanlardan kömək gözləməyən bir texnologiya yaratmağa çalışırlar.  Mən,  materialların birində Amerikanın Ohayo əyalətinin alimlərinin 3D printerdə çap olunmuş qüsurlu hissələri necə tez bir şəkildə tapmaları barədə danışmışdım.  Qüsurları aşkar etmək üçün səs dalğalarından istifadə etdilər və bu metod əla nəticələr verdi.  Süni intellektdən istifadə edərək problemin aşkarlanma dəqiqliyinin nə dərəcədə yaxşılaşdırıla biləcəyini təsəvvür edə bilərsinizmi?  Həqiqətən də indi  kompyuterlər hətta insan emosiyalarını da tanıya bilir, buna görə də qüsurlu hissələrin aşkarlanmasında problem yaranmamalıdır.

Mənbə: hi-news.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR