Slimfit
  1. CƏMİYYƏT

Pandemiya dövründə oruc tutmaq vacibdir?

Pandemiya dövründə oruc tutmaq vacibdir?
Sakura

Pandemiya dövründə oruc tutmaq vacibdir?

Bu il Ramazan ayına bütün dünyada sürətlə yayılmaqda olan virus təhlükəsi şəraitində daxil oluruq. 

Baku.Tv xəbər verir ki, şəriətə görə, insanın sağlığına, sağlamlığına zərər verə biləcək, bədənini zəiflədərək, xəstəlik qarşısında aciz hala gətirəcək məqamlara yol verilməməlidir. 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də vətəndaşları qeyd-şərtsiz mövcud xüsusi karantin rejiminin tələblərinə, həkim tövsiyələrinə əməl etməyə çağırır.

 

İlahiyyatçı Ağa Hacıbəyli bildirir ki, oruc ibadəti yardımlaşmanı artıran, insan səhhətinə müsbət təsir göstərən ilahi qüvvəyə malikdir. Amma təbii ki, sağlamlığında problem olan insanlar üçün oruc tutmaq vacib deyil. 

Onun sözlərinə görə, xroniki xəstəliklərlə bağlı, böyrək, ürək, damar xəstəlikləri və s. olanlar mütləq həkimləri ilə məsləhətləşməlidirlər:

“Belə kritik dövrlərdə həkimlərin verdiyi qərarlar bir müctehid fətvasından daha dəyərli görünür. Nəzərə alsaq ki, oruc tutan şəxs təxminən 15 saat ərzində ac və susuz qalmalıdır, o zaman orqanizmin immun sisteminin zəifləməsi də qaçılmazdır. Belə olan halda qidalanmanın düzgün tənzimlənməsi xüsusi önəm daşıyır”. 

Həkim-dietoloq Ləman Süleymanovanın sözlərinə görə, koronavirus pandemiyasının yayıldığı bir dövrdə oruc tutmaq istəyən insanlar ilk növbədə iş rejiminə və düzgün qidalanmaya önəm verməlidirlər. 

Xüsusi karantin rejimi dövründə şəriətdə vacib olmayan, adət-ənənələrimizə söykənən ehsan mərasimlərinin keçirilməməsi də tövsiyə edilir. İftar süfrəsinin də hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılması məqsədəuyğundur. Bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR