Virusoloqlar pandemiya dövründə mağazalarda ən təhlükəli yerləri açıqlayıblar
Koronavirus izlərini səthlərdə buraxır.
Hətta dövlətlər tərəfindən elan olunan karantin və iş yerlərindən verilən tətillər də bəzi insanları evlərində qalmağa təhrik etmir. İnsanlar, ən azı yaxın dükandan çörək, süd və ya hansısa digər lazımi məhsulları almaq üçün çıxırlar.
Ens.az bildirir ki, mövcud koronavirusun ölümcül gücünü araşdıran mütəxəssislər, mağazalarda sizi gözləyən təhlükənin harada olacağını izah ediblər. Məlum olub ki, yaponlar tonlarla tualet kağızını yalnız heç də hamının ilk ağlına gələn məqsədlər üçün almırdılar, hərçənd bəzi ölkələrdə onların bu hərəkətini kor-koranə təkrarlayırdılar. Sadəcə Yaponiyada xəstənin toxunduğu əşyalar vasitəsilə infeksiya təhlükəsinə çox ciddi şəkildə yanaşdılar. Odur ki, qapı qulpu və ya eskalatorda tutacağa əl vurmazdan əvvəl bütün səthləri silmək üçün rulonlarda tualet kağızı və antibakterial salfetlər daşıyırdılar.
Mağazalarda infeksiya, arabaların qulpunda, ərzaq səbətlərinin tutacaqlarında qala bilər. Adi vaxtlarda bunlar kif, göbələklər, stafilokoklar olur, indi isə COVID-19.
Mağazaların işçilərinə zalları, araba və səbətləri, qapıları və müştərilərin toxuna biləcəyi şeyləri dezinfeksiyaedici vasitələrlə mütəmadi olaraq təmizləmək göstərişi verilsə də, risk etməmək daha yaxşıdır.
Virus birbaşa alıcıdan keçə bilər. Xüsusilə marketlərdə, alıcılar bəlkə daha nəsə bir şey alar deyə, qəsdən növbələr yaradıldığı kassalarda gözləyərkən. İndi bu yolverilməzdir. Əksər ölkələrdə bütün kassaların həmişəki kimi bir-iki deyil, eyni vaxtda hamısının işləməsi göstərişi verilib. Bu, müştərilərin axınını sürətləndirəcək və yoluxma riskini azaldır.
Mağazadan qayıtdıqdan sonra, hansısa məhsul qablaşmadadırsa, qabı silin, əllərinizi sabunla yaxşıca yuyun, küçə geyimlərini çıxarın. Yaxşı olar ki, sabah və ya elə həmin gün yenidən mağazaya getməmək üçün məhsulları ehtiyatla alasınız. Ancaq ifrata varmadan, bütün evi makaron torbaları ilə doldurmaq da faydasızdır.
Mağazalarda həmçinin alıcılardan bakteriya təhlükəsinə görə, bütün mallara bir-bir toxunmamaq xahiş olunur. İctimai yerlərdə olarkən, virusun selikli qişalardan keçərək bədənə daxil olmasını asanlaşdırmamaq üçün bir-birinizdən bir qədər məsafədə olmalı və əllərinizlə üzünüzə toxunmamalısınız.
Mənbə: www.medikforum.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət