Slimfit
  1. AZƏRBAYCAN

Pambıq tədarükü barədə operativ məlumat açıqlandı

Pambıq tədarükü barədə operativ məlumat açıqlandı
Sakura

Noyabrın 20-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 211 min 197 ton məhsul təhvil verilib.

Noyabrın 20-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 211 min 197 ton məhsul təhvil verilib.

 

Dövlət Statistika Komitəsindən bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz, yaxud 26 min 757 ton çox pambıq tədarük olunub.

 

Qeyd edək ki, bu il Azərbaycanda 22 rayonda 132 min 512 hektarda pambıq əkini aparılıb. Ölkə üzrə ən çox pambıq Saatlı (15 min 815 hektar), İmişli (13 min 645 hektar), Sabirabad (13 min 55 hektar), Biləsuvar (12 min hektar), Ağcabədi (10 min hektar), Bərdə (9 min 630 hektar) və Beyləqan (9 min 560 hektar) rayonlarında əkilib. Pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.

Noyabrın 20-nə olan məlumata görə, pambıq tədarükündə Saatlı (27 min 674 ton), Bərdə (22 min 736 ton), Ağcabədi (21 min 689 ton), Biləsuvar (20 min 104 ton) və Beyləqan (19 min 747 ton) rayonları irəlidədir. Məhsul yığımı davam edir.

 

Pambıq tədarükünə dair noyabrın 20-nə olan operativ məlumatı təqdim edir.

 
 

 

Mənbə: Marja.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR