Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Paltaryuyan maşınlar tam bir bakteriya mənbəyidir

Paltaryuyan maşınlar tam bir bakteriya mənbəyidir
Sakura

Paltaryuyan maşınlar tam bir bakteriya mənbəyidir

Paltaryuyan maşınlarla yuyulan paltarlarda bir çox bakteriya növü aşkar edilib.

Medicina.az xəbər verir ki, mütəxəssislərevdə istifadə olunan enerjiyə qənaət edən paltaryuyan maşınların aşağı temperaturda yuyulduğundan bakteriyalar üçün əla bir ev olduğunu söyləyirlər.

Lakin onlar maşınlarda olan bu bakteriyaların sayının çox vaxt insanları ağır xəstəliyə salmaqüçün kifayət etmədiyini də vurğulayıblar.Mütəxəssislər, paltaryuyan maşınınızın içini tez-tez təmizləməyinizi və yuyulmuş paltarlarınızı maşında çox uzun müddət saxlamamağınızı tövsiyə edir.

 

Təəssüf ki, bu gün yüksək səmərəli paltaryuyan maşınlar köhnə maşınlarla müqayisədə bakteriyaları lazım olduğu qədər məhv edə bilmirlər. Almaniyadakı uşaq xəstəxanasında yeni doğulmuş bir körpənin geyimində dərmana dayanıqlı bir patogenlərin aşkarlanmasından sonra mütəxəssislər yeni araşdırmaya başlayıblar. Nəticədə tədqiqatçılar xəstəxananın yeganə paltaryuyan maşınının bu patogenə cavabdeh olduğunu söyləyiblər.


Belə ki patogenlərin mənbəyinin bu maşında yığılan bakteriyaların olması müəyyən edilib. Xoşbəxtlikdən xəstəxanada heç bir körpə buna görə xəstələnməyib və böyük bir sensasiyanın qarşısını alınıb.

Mütəxəssislər, bu zərərli patogenin hər maşına yoluxa biləcəyini, lakin bir çox insanın gündəlik olaraq xəstəxana kimi böyük ictimai yerlərə getməsi bu riski olduğundan daha böyük hala gətirib çıxarır. Çünki orada istifadə edilən maşınlar daha təhlükəlidir.

Ciddi infeksiyalara səbəb ola biləcək bu tip bakteriyalar, böyüklər üçün çox vaxt çox zəif təsirli olur. Ancaq uzun müddət bakteriyalara məruz qalma gələcəkdə bəzi sağlamlıq problemlərinə səbəb ola bilər.


Xüsusilə evinizdıə sizinlə birlikdə yaşlı şəxslər və ya yeni doğulmuş uşaq varsa sağlamlığınız üçün tədbir görmək mütləqdir. Paltaryuyan maşınlarınızı bakteriyalardan qorumaq üçün bəzi ehtiyat tədbirləri görülməlidir.

Mütəxəssislər, ən azı ayda bir dəfə maşınınızın içərisini və astarını ağartma ilə təmizləməyi məsləhət görürlər. Paltaryuyan maşınlara, xüsusilə vanna otağı kimi rütubətli mühitlərdə daha diqqətli olmalıdırlar, çünki bu rütubətli mühitlər bakteriyaların böyüməsi üçün idealdır.

Dəri infeksiyalarına, mədə daralmasına, qusma və ishala səbəb olan ümumi bakteriyalar belə mühitlərdə çox tez böyüyür və zəif immunitet sistemi olan insanlara asanlıqla təsir edir.

Paltaryuyan maşınlarınızı yuyucu su ilə təmizləməklə yanaşı, maşınlarınız özünüdə yuya bilərsiniz. Bunun üçün, ayda bir dəfə paltarlarınız olmadan boş halda maşını yüksək miqdarda yuyucu vasitə qoyaraq maşını işlətməyiniz tövsiyə olunur.

Bundan başqa mütəxəssislər çoxda çırk olmayan əşyalarınızı yuyarkən belə maşını 60 dərəcədən aşağı temperaturda istifadə etməyinizi məsləhət görmür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR