Slimfit
  1. MARAQLI

Paltaryuyan maşını kifdən qorumağın ən sadə üsulu

Paltaryuyan maşını kifdən qorumağın ən sadə üsulu
Sakura

Paltaryuyan maşını kifdən qorumağın ən sadə üsulu

Kifin ən çox sevdiyi yerlərdən biri də paltaryuyan maşının rezinidir. Çünki məhz burda onun yaranıb, yayılması üçün rütubətdən tutmuş, isti temperaturadək bütün şərtlər var.

Publika.az-ın təqdim etdiyi ən sadə məhlulun köməyilə paltaryuyan maşınınız ilk günkü təmizliyinə geri dönəcək.

Məhlulun tərkibi:

tərkibində xlor olan təmizləyici vasitə

25 qr limon duzu

qalın rezin əlcək

süngər

Hazırlanma və istifadə qaydaları:

Öncə maşının içərisini və rezinini quru parça və ya salfetlə təmizləyin. Sonra xlorlu təmizləyici vasitəni rezinin içərisinə hərtərəfli töküb, süngərlə sürtün. Paltaryuyanın qapağını bağlayıb, 2 saat saxlayın. Sonra "Yaxalama" funksiyasını qoşub, içiboş maşını işə salın. Sonra limon duzunu təmizləyici toz üçün nəzərdə tutulmuş gözə töküb, maksimal istilik funksiyasını qoşun. Yenidən boş paltaryuyan maşını işə salın.

Sonda isə nəzərinizə çatdıraq ki, bu problemlə qarşılaşmamaq üçün. Paltaryuyanın rezinini hər dəfə paltaryuduqdan sonra quru dəsmal ilə silin. Qapısını açıq saxlayın, və iki aydan bir bu üsuldan istifadə edin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR