Slimfit
  1. AZƏRBAYCAN

Palata aktivləşdi: iki xidmətin təqdimatı oldu

Palata aktivləşdi: iki xidmətin təqdimatı oldu
Sakura

Palata aktivləşdi: iki xidmətin təqdimatı oldu

Maliyyə Bazarlarına Nəzarət Palatası yenidən gündəmdədir. Struktur dəyişikliyindən sonra aktivliyin ilk göstəricisi olaraq, təqdimatlar keçirilib.

Oxu.Az xəbər verir ki, 966 Çağrı Mərkəzi və i-Map informativ xəritə xidməti təqdim olunub.

Bundan sonra bank, sığorta və digər maliyyə qurumlarından şikayətlərə palata daha operativ cavab verəcək.

Qurumun mətbuat katibi Elşən Allahverdiyevin sözlərinə görə, Çağrı Mərkəzi fasiləsiz xidmət göstərəcək və ən əsası, suallara cavab verən şəxslər sistemin fəaliyyəti ilə bağlı daha çox informasiyalıdır. Bir sözlə, yeni Çağrı Mərkəzi hər sualınıza cavab vermək üçün bütün departamentləri dolaşıb, sonra adi cümlələrlə işini bitirməyəcək. 

Bunun üçün mərkəz xüsusi proqram təminatı, ən son avadanlıq və servislə təchiz edilib. 

Eyni zamanda, bütün regionlarda fəaliyyət göstərən bank, BOKT, ATM, valyuta mübadiləsi məntəqələrinin, sığorta şirkətlərinin, “Azərpoçt” milli poçt operatorunun filial, şöbə və ofislərinin əlaqə məlumatlarını özündə əks etdirən i-Map informativ xəritə yaradılıb.

Xəritədə Azərbaycanın işğal olunmuş ərazilərinin adları və turistlər üçün faydalı ola biləcək turizm istiqamətləri barədə də məlumatlar yerləşdirilib.

Bundan başqa, i-Map-də konvertasiya kalkulyatoru olacaq və mobil əlavə də hazırlanacaq. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR