Dərc edildi: Baxış sayı: 299
Sabah YAP İdarə Heyətinin iclası keçiriləcək
Sabah - iyulun 3-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.
Ens.az Report.az-a istinadən xəbər verir ki, iclasda partiya Milli Məclisə keçiriləcək seçkilərdə iştirakla bağlı qərar qəbul edəcək.
Toplantıda növbədənkənar parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri təyin olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət