Slimfit
  1. DÜNYA

Pakistan müxalifəti tələblərini açıqladı: 2 gün vaxt verildi

Pakistan müxalifəti tələblərini açıqladı: 2 gün vaxt verildi
Sakura

Pakistan müxalifəti tələblərini açıqladı: 2 gün vaxt verildi

Pakistanın 5 müxalif partiyası bu gün ölkə üzrə baş verən etirazlarla bağlı toplanıb.

Axar.az xəbər verir ki, müxalifət adına açıqlama verən İslam Üləma-Fəzl Partiyasının təmsilçisi Əkrəm Durrani etirazların bütün ölkəyə yayılması, ölkə ərazisində tətillərin başladılması, millət vəkillərinin kütləvi istefası variantlarının müzakirə edildiyini bildirib.

Durrani hökumətə istefa üçün iki günlük vaxt verildiyini, müddətin sabah axşam başa çatacağını xatırladaraq, yeni strategiyanın həmin andan etibarən tətbiq ediləcəyini söyləyib. O, İslamabaddan kənarda gözləyən etirazçıların şəhərə daxil olaraq parlament və baş nazirliyin binalarının yerləşdiyi Qırmızı Bölgəyə yürüş edəcəyini deyib.

Qeyd edək ki, Pakistanda müxalif partiyalar 5 gündür hakimiyyətə qarşı azadlıq yürüşü keçirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR