Dərc edildi: Baxış sayı: 602
Pakistan Azərbaycandan şokolad, fındıq və quru xurma almaq istəyir
Azərbaycanda qadın sahibkarların istehsal etdiyi şokolad, fındıq və quru xurmanın Pakistana ixrac edilməsi məqsədi ilə bu ölkənin iş adamları ilə danışıqlar aparılır.
Bu barədə "Report"a "Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" (AQSİA) İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Babayeva məlumat verib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı sabah iki ölkənin sahibkarları görüşəcəklər.
Xatırladaq ki, 2018-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 10,8 mln. ABŞ dolları təşkil edib. Bunun 0,8 mln. dolları ixracın, 0,8 mln. dolları isə idxalın payına düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət