Dərc edildi: Baxış sayı: 527
Ozon təbəqəsi 42 il sonra tam bərpa olunacaq
Yerin ozon təbəqəsi 2000-ci ildən başlayaraq hər 10 il üçün 1-3% bərpa olunur.
Axar.az xəbər verir ki, bu məlumatı Ümumdünya Meteorologiya Təşkilatı yayıb. Məlumata görə, ozon təbəqəsi Monreal protokolu sayəsində bərpa olunur. Bu templə gedəcəyi təqdirdə 2030-cu ilə qədər Şimal yarımkürəsində ozon təbəqəsinin tam bərpa olunacağı bildirilib. Bütün planetdə isə ozon təbəqəsinin 2060-cı ildə bərpa olunacağı açıqlanıb.
Qeyd edək ki, Monreal protokolu 1985-ci ildə imzalanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət