Dərc edildi: Baxış sayı: 485
"Özəl banklar da faiz dərəcələrini aşağı salmalıdırlar"
“Azərbaycan nadir ölkələrdəndir ki bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır. Bu banklara edilən böyük dəstəkdir, güzəştdir, eyni zamanda onların məsuliyyətini artırır. Əgər özəl banklar tərəfindən hər hansı bir surpriz olarsa, onlar özündən küssünlər”.
Bizimyol.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən deyib.
“İqtisadiyyat artdıqca, iqtisadi vəziyyət yaxşılaşdıqca, uçot dərəcəsi də aşağı düşür. Bu il də aşağı düşübdür, təqribən 7 faizdən bir qədər çoxdur. Əlbəttə ki, özəl banklar da faiz dərəcələrini aşağı salmalıdırlar. Çünki Mərkəzi Bank tərəfindən artıq qərar qəbul edildi, keçən il və bu il uçot dərəcəsi müntəzəm olaraq aşağı düşür. Bu proses davam etdirilir”,- Azərbaycan Prezidenti bildirib.
Pa
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət