Öz fəaliyyət sahəsini dəyişərək uğur qazanmış 8 şirkət
Bəzən önə çıxmaq üçün digər istiqamətdə getməlisən. Siyahıda təqdim edəcəyimiz 8 şirkət öz ilk planından vaz keçərək digər yol ilə irəliləmiş və düzgün seçim etmişdirlər.
Wrigley
illi.Az techland.az-a istinadən bildirir ki, 19-cu əsrin sonunda sabun satıcısı Uilyam Riqli soda satmağa qərar verdi. Öz biznesini inkişaf etdirmək üçün o, soda alan hər kəsə saqqız paylamağı düşündü. Nəticədə isə gördü ki, saqqız bonusu alıcıların daha çox xoşlarına gəlir. Günümüzdə "Wrigley" ən böyük saqqız istehsalçılarından biridir.
Nintendo
Fusadziro Yamauti "Nintendo" şirkətini 1889-cu ildə təsis edərək oyun kartlarının satışı ilə məşğul olmağa başladı. Onun nəvəsi uşağı biznesi digər sahələrdə böyütmək istəyirdi. Lakin 1970-ci ildə o, elektron oyunlar üzərindən böyük gəlir əldə etdi. Hal-hazırda "Nintendo" oyun sənayesində layiqli yerini tutaraq bu bazarın bir hissəsinə sahibdir.
Listerine
Ağız boşluğunun yaxalanması üçün nəzərdə tutulmuş maye ilk əvvəllər məişət çirkini təmizləmək üçün istifadə olunurdu. 1914-cü ildə əczaçılıq şirkəti "Warner-Lambert" həmin məhsulu ağızdakı xoşagəlməz qoxunu aradan qaldırmaq üçün satmağa başladı. Ticarət nişanının hal-hazırki sahibi "Johnson & Johnson" şirkəti 2015-ci ildə 340 milyon dollar dəyərində bu mayedən satmışdır.
Pixar
Stiv Cobs (Steve Jobs) "Pixar"ı alan zaman şirkət qrafikanı redaktə edən kompüterlər istehsal edirdi. Cobs proqram təminatı sahəsinə yönəlməyi qərara aldı. Bir müddətdən sonra isə "Pixar" artıq animasiya filmləri yaratmağa başladı. Nəticə olaraq 21 il ərzində öz animasiya filmləri hesabına "Pixar" 10 milyard dollara yaxın qazanc əldə etmişdir.
PayPal
Şirkət ilk öncə mobil telefonlardakı məlumatların qorunması üçün servis kimi təsis edilmişdi. Daha sonra şirkət, sahəsini pul köçürmələrinə dəyişdi. eBay istifadəçilərinin bu servisi baza servis kimi qəbul etdiklərindən sonra PayPal çox məşhurlaşdı. PayPal internet ticarətində bir növ inqilab yaratdı. Şirkətin hazırda dəyəri 47 milyard dollar təşkil edir.
Flickr
2002-ci ildə Katerin Feyk o vaxtkı həyat yoldaşı Stüart Batterfild ilə birlikdə onlayn oyunların istehsalına yönəlmiş "Lodicorp" şirkətini yaratdı. Onların servislərinin ən vacib funksiyalarından biri oyunçuların fotoları servisin yaddaşında saxlamaq idi. Nəticədə bu funksiya o qədər məşhurlaşdı ki, şirkət öz diqqətini onlayn oyun bazarından fotoların mübadiləsi sahəsinə yönəltdi. Flickr fotoların saxlandığı ən böyük servis oldu və 2005-ci ildə "Yahoo" tərəfindən alındı.
YouTube
YouTube 2005-ci ildə video tanışlıq servisi kimi fəaliyyətə başlamışdı. İstifadəçilər bu servisi yaxşı qəbul etmişdilər. Lakin yaradıcılar fikir verdilər ki, istifadəçilər servisə müxtəlif məzmunlu videolar yükləyirlər. YouTube, Google-dan sonra ən çox ziyarət edilən ikinci saytdır.
Burbn servisi mövcud olduğu zaman çərçivəsində öz sahəsini bir neçə dəfə dəyişmişdir. Servis Foursquare kimi check-in, dostlarla görüş təyini və fotoların mübadilə olunması tətbiqi kimi fəaliyyət göstərmişdir. Lakin Kevin Sistrom başa düşdü ki, fotoları paylaşmaq istifadəçilərin daha çox xoşlarına gəlir. Beləliklə o servisin qalan bütün funksiyalarından imtina edərək onun adını Instagram-a dəyişdi. Nəticədə gün ərzində 500 milyona yaxın aktiv istifadəçi Instagram-da 95 milyon foto və video paylaşırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət