Dərc edildi: Baxış sayı: 529
Hollandiyanın “Ayaks” klubunun futbolçusu Abdelhak Nuri bir ildən sonra komadan ayılıb
Hollandiyanın “Ayaks” klubunun futbolçusu Abdelhak Nuri bir ildən sonra komadan ayılıb.
Rusiya mətbuatı yazır ki, bu barədə 21 yaşlı yarımmüdafiəçinin qardaşı Abderrahim Nuri bildirib.
Qeyd edək ki, Abdelhak Nuri ötən il iyulun 8-də Almaniyanın “Verder” komandası ilə yoxlama matçı zamanı huşunu itirib və təcili olaraq, helikopterlə xəstəxanaya çatdırılıb. Lakin beynində problem yaranan futbolçu komaya düşüb.
Mənbə: Virtualaz.org
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət