Slimfit
  1. CƏMİYYƏT

Övladlığa götürülən uşaqlara görə müavinat necə veriləcək? - AÇIQLAMA

Övladlığa götürülən uşaqlara görə müavinat necə veriləcək? - AÇIQLAMA
Sakura

Övladlığa götürülən uşaqlara görə müavinat necə veriləcək? - AÇIQLAMA

“Sosial müavinətlər haqqında” Qanuna təklif olunan dəyişikliklər övladlığa götürülməsi çətin hesab edilən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş iki kateqoriya üzrə uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. 

Ens.az xəbər verir ki, bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib.  

Bildirilib ki, bunlar 3-18 yaş arasında və 0-18 yaş arasında olan sağlamlıq imkanları məhdud uşaqlardır. Həm 3-18 yaş arasında olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi ilə bağlı, həm də, sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsi ilə bağlı müavinətlərin təyin olunması nəzərdə tutulub. 

Müavinətlərin 2021-ci ilin yanvarın 1-dən sonra övladlığa götürülən uşaqlara şamil edilməsi nəzərdə tutulub.

Vurğulanıb ki, müavinətin təyin olunması üçün əsas şərt övladlığa götürmə ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin təqdim edilməsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR