Slimfit
  1. DİN

Övladlarını oruc tutmağa məcbur edən valideynlər...

Övladlarını oruc tutmağa məcbur edən valideynlər...
Sakura

Övladlarını oruc tutmağa məcbur edən valideynlər...

Ramazan ayında uşaqların oruc tutmasını istəyən ailələr az deyil. Bəzi valideynlər istəməklə kifayətlənməyib, uşaqları təxminən 16-17 saat boyunca ac-susuz qalmağa təhrik edirlər. Bəzən könüllü, bəzən də məcbur şəkildə azyaşlıların oruc tutması nə dərəcədər doğrudur?

Ümumiyyətlə neçə yaşdan etibarən oruc tutmaq lazımdı? Bu barədə ilahiyyatçı, din xadimi Hacı Şahin Modern.az-a danışıb.

“Oruc tutmaq yetkinlik yaşından müsəlmanlara vacib olur. Oğlan uşaqlarında yetkinlik yaşı 15 yaş, qızlarda isə 9 yaş hesab olunur. Lakin bir çox fikirlərə görə, qızlar üçün oruc yaşı 13-14 yaşdan hesab olunmalıdır. 9 yaşdan etibarən yetkinlik yaşına çatmaqlarına baxmayaraq, hələ o yaş imkan vermədiyi üçün qızlar oruc tutmamaqda 13-14 yaşadək üzürlü hesab edilirlər”.

Hacı Şahin bildirir ki, dində məcburiyyət yoxdur:

“Heç bir ibadətə insanları məcbur etmək olmaz. Bütün ibadətlər könüllü olaraq, insanların öz seçiminə əsasən icra olunmalıdır. Valideynlər övladlarını oruc tutmağa məcbur edə bilməzlər.15 yaşdan aşağı bəzi yenyetmələr könüllü olaraq oruc tuturlar. Çox azyaşlı uşaqlar isə ümumiyyətlə oruc tutmamalıdırlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR