Slimfit
  1. CƏMİYYƏT

Ov icazələrində əcnəbilərə üstünlük verilir? - RƏSMİ AÇIQLAMA

Ov icazələrində əcnəbilərə üstünlük verilir? - RƏSMİ AÇIQLAMA
Sakura

Ov icazələrində əcnəbilərə üstünlük verilir? - RƏSMİ AÇIQLAMA

Ov üçün icazə məsələlərində xarici vətəndaşlara üstünlük verilmir. Qaydalar hər zaman hər kəsə şamil edilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

O bildirib ki, pandemiya ilə əlaqədar bu dövrdə ov üçün ölkəyə gələn xarici vətəndaşlar yoxdur:

“Bəzən ov icazəsi ilə bağlı əcnəbilərə üstünlük verildiyi barədə fikirlər səsləndirilir. Lakin nəzərə almaq lazımdır ki, bəzi hüquqlar qanunvericilik çərçivəsində tənzimlənir. Necə ki biz sürücülük vəsiqəsi ilə bəzi ölkələrdə avtomobil idarə edə bilirik, bu məsələdə də müəyyən məqamlar var.

Amma qanun hər zaman hər kəs üçün eynidir. Ov icazəsi müəyyən qaydalar çərçivəsində verilir və bu qaydaları pozan şəxslər aidiyyəti üzrə məsuliyyətə cəlb olunublar. Statistik məlumatlara nəzər salsaq, bunu görmək mümkündür.

Belə ki, təkcə 2019-cu ildə 20 xarici vətəndaş ov qaydasını pozduğu üçün iki min manat dəyərində cərimə olunub. 2018-ci ildə isə 16 xarici vətəndaşa qarşı bu cəza tədbiri şamil edilib. Onların ölkədən dərhal çıxarılması üçün də aidiyyəti üzrə müraciətlər edilib”.

Mənbə: Oxu.Az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR