Slimfit
  1. ELM

Ötən il robotların köməyi ilə 3 milyona yaxın cərrahi əməliyyat aparılıb

Ötən il robotların köməyi ilə 3 milyona yaxın cərrahi əməliyyat aparılıb
Sakura

Ötən il robotların köməyi ilə 3 milyona yaxın cərrahi əməliyyat aparılıb

Noyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Təbabətdə yeni texnologiyalar: kök hüceyrələri, robot cərrahiyyəsi” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik katibi Əhliman Əmiraslanov çıxış edərək bildirib ki, son zamanlar texnologiyaların inkişafı tibdə yeni uğurların əldə edilməsinə rəvac verib. O, həmçinin qeyd edib: “Son illər inkişaf edən sahələrdən biri də kök hüceyrələrinin təbabətdə tətbiqi və müxtəlif xəstəliklərdə müalicə vasitəsi kimi istifadə olunmasıdır. Demək olar ki, hazırda təbabətin elə sahəsi yoxdur ki, orada kök hüceyrələr tətbiq edilməsin. Onkoloji xəstəliklərdə, qan xəstəliklərində, o cümlədən qaraciyər, ağciyər, ürək patologiyalarında müalicələr kök hüceyrələri ilə daha çox aparılmağa başlanılıb. Türkiyədə bu sahədə bir çox elmi tədqiqat işləri aparılır və əldə edilən nəticələr səhiyyədə geniş tətbiq olunur. Azərbaycanlı mütəxəssislər də türkiyəli həmkarları ilə birgə fəaliyyət göstərirlər. Lakin ölkəmizdə bu sahədə uğurlardan danışmaq hələ tezdir. Konfransın keçirilməsinin əsas məqsədlərindən biri də qardaş ölkənin aparıcı mütəxəssislərinin elmi-tədqiqat işlərinin nəticələrini yerli tibb işçiləri ilə bölüşməsi, təcrübə mübadiləsi aparmasıdır. Bu sahənin inkişafı istiqamətində ölkəmizdə də tədqiqatlar aparılır və gələcəkdə bu sahədə genişmiqyaslı uğurlar əldə olunacağına ümid edirik.

Digər məsələ isə robotik cərrahiyyə ilə əlaqəlidir. Robotik cərrahiyyə tibbin gənc sahəsi hesab olunur. Robotların iştirakı ilə ilk cərrahi əməliyyat 2000-ci ildə aparılıb. Ötən il isə robotların köməyi ilə dünyada 3 milyona yaxın cərrahi əməliyyat həyata keçirilib. Robotik cərrahiyyə getdikcə daha da geniş istifadə olunur və gələcəkdə bütövlükdə təbabətdə tətbiq olunacaq. Azərbaycanda da bu sahədə mütəxəssislərin hazırlanmasına və avadanlıqların alınmasına ehtiyac var”.

Daha sonra tədbirdə Türkiyədə Liv Hospital Şəbəkəsinin aparıcı mütəxəssisi, professor Erdal Karaöz “Kök hüceyrəsi və onun tibdə tətbiq olunmasına yanaşmalar”, professor Fatih Ağalar “Da Vinci. Minimal İnvaziv Cərrahiyyə. Süd vəzisi cərrahiyyəsi”, professor Gürsel Turqut “Estetikada ağıllı yaşlanma və genomik tibb ilə gənc qalmanın yolları”, Azərbaycan Tibb Universitetinin professoru Nuru Bayramov və Aynur Səfiyeva “Kolorektal poliplərdə kök hüceyrələrinin diaqnostik və proqnostik rolu”, professor Kamran Musayev “Ürəyin işemik xəstəliklərində kök hüceyrələrinin tətbiqi”, fəlsəfə doktoru Orxan İsayev “Xərçəng kök hüceyrələri”, AMEA-nın Fiziologiya İnstitutunun professoru Əhməd Hacıyev “Neyrodegenerativ xəstəliklərdə kök hüceyrələrinin rolu” mövzusunda məruzə ediblər.

Sonra ATU-nun mütəxəssisi Tariyel Ömərovun iştirakı ilə “Xroniki yaralarda kök hüceyrələri” mövzusunda müzakirələr aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR