Ötən il bələdiyyələrin qanunsuz ayırdığı 5920 hektar torpaq sahəsi geri qaytarılıb
Ötən il Azərbaycanda pozuntulara yol verən 143 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 26 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.
”Report”un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, ötən il 70 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib. Onlardan 2010-u Ədliyyə Nazirliyinin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib (2017-ci illə müqayisədə təxminən 22 faiz çox).
Eyni zamanda, görülən tədbirlər nəticəsində qanunsuz ayrılmış 5920 hektar (2017-ci illə müqayisədə təxminən 2.2 dəfə çox) torpaq sahəsi geri qaytarılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət