Dərc edildi: Baxış sayı: 1024
"Ötən il 13655 boşanma halı qeyd alınıb" - Aqiyə Naxçıvanlı
"2018-ci ilin 12 ayı ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən 13655 boşanma halı qeydə alınıb".
Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Aqiyə Naxçıvanlı "Gənclər və ailə: ənənə və müasir baxış" mövzusunda keçirilən tədbirdə deyib.
"Əvvəllər ailənin dağılmasında əsas məsələ sonsuzluq göstərilirdisə, bu gün bir uşaqlı ailələrdə boşanma 71 faizə çatıb. Gənclər ailəyə oyuncaq kimi baxırlar, bu çox acınacaqlıdır.
"Ailələrin dağılmasına səbəb kimi ev, maşın, mülk daha çox üstünlük təşkil edir"-deyə komitə sədri bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət