Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Orucun uzunömürlülüyə təsiri

Orucun uzunömürlülüyə təsiri
Sakura

Orucun uzunömürlülüyə təsiri

Orucun ömrü uzatdığı və bədəni cavan saxladığı məlum olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə kök hüceyrə və oynaq müalicəsi üzrə türkiyəli mütəxəssis Yüksəl Büküşoğlu məlumat verib.

Son aparılan elmi araşdırmalar göstərib ki, qocalma prosesinin sürətlənməsi bədəndəki yetkin kök hüceyrələrin sayının azalması və funksiyasının zəifləməsi ilə sıx bağlıdır. Bədənimizdə kök hüceyrələrin əsas funksiyası odur ki, onlar sağlam və yetkin bədəninin öz-özünü bərpa etmə və cavanlaşma qabiliyyətinə görə məsuliyyət daşıyır. Həkimin sözlərinə görə, bədənimizdə hər hansı bir yara olanda, kök hüceyrələr sürətlə zədələnmiş hüceyrələri bərpa etmək və yeniləmək üçün fəaliyyətə keçir:

"Zaman keçdikcə kök hüceyrələrin funksiyası zəifləməyə başlayır. Oksidativ stress, xroniki iltihablanma və DNT zədələnməsi kök hüceyrə funksiyalarına mənfi təsir edərək, toxuma və orqanların özlərini bərpa etmə, yaxşılaşdırma qabiliyyətlərinin pozulmasına səbəb olur. Qısası, qocalma prosesinin yetkin kök hüceyrə funksiyalarında azalma ilə əlaqəli olduğunu deyə bilərik.

Son zamanlar aparılan elmi araşdırmalar göstərir ki, oruc tutmaq və bəzi təbii qidalara üstünlük vermək qocalan kök hüceyrələri üzərində son dərəcə müsbət təsirlər yaradıb. Oruc kök hüceyrələrin funksiyasının yaxşılaşmasına və qocalan kök hüceyrələrin sayının azalmasına təsir göstərir. B3 vitamini (balıq, ev heyvanları, ət, mal əti, göbələk), D vitamini, C vitamini, E vitamini və Selen kimi antioksidantlardan zəngin qidalar hüceyrələrinin qarşılaşdığı ekoloji amillərin məhvedici təsirlərinə qarşı kök hüceyrə funksiyalarını qoruyur, onları yaşlı və zədələnmiş kök hüceyrələrinə çevrilmək riskini azaltdığı irəli sürülür”.

Mütəxəssis bildirib ki, müəyyən fasilələrlə oruc tutmaq, mütəmadi olaraq idmanla məşğul olmaq, siqaret və spritli içki kimi məhsullardan uzaq durmaq və faydalı məhsullarla qidalanmaq yetkin kök hüceyrə funksiyalarını bərpa edir və onların qocalmasının qarşısını alır. Həkim sonda onu əlavə edib ki, uzun həyatın sirri bədəndəki yetkin kök hüceyrələrin canlı və sağlam saxlamaqdır. Fasiləli oruc isə kök hüceyrələrin sağlam qalmasına birbaşa təsir göstərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR